18:04 24-04-2020
news_image
309
FUTBOL

FİFA AFFA-ya 500 min dollar verəcək - SƏBƏB

FİFA koronavirus pandemiyası səbəbindən bütün milli assosiasiyalara maliyyə yardımı edəcək.

Apasport.az saytının qurumun rəsmi saytına istinadən məlumatına görə, 211 assosiasiyaya ümumilikdə 150 milyon dollar vəsait veriləcək.

Hər təşkilat, o cümlədən AFFA 500 min dollar alacaq. Bu, karantin dövründə fəaliyyətini davam etdirməyə dəstək xarakteri daşıyır.

Öncədən maliyyə yardımının milli assosiasiyalara iyulda verilməsi nəzərdə tutulmuşdu. Lakin FİFA durumu nəzərə alaraq ödənişi dərhal gerçəkləşdirməyi düzgün sayıb.

Qurumun prezidenti Canni İnfantino bu addımı atmağa borclu olduqlarını bildirib: “Pandemiya bütün futbol ictimaiyyəti üçün problem yaradıb. Dünya futbolunun rəhbər orqanı olaraq, FİFA kəskin problemlərlə üzləşənlərə dəstək olmağa borcludur. Bu, çoxunun ciddi maliyyə problemləri ilə üzləşdiyi üzvlərimizə təcili maliyyə yardımının ödənilməsindən başlayır”.