20:34 24-04-2020
news_image
172
FUTBOL

Mahir Emrelinin evindən oğurluq edənlər məhkəmə qarşısında

Azərbaycan yığmasının və "Qarabağ"ın futbolçusu Mahir Emrelinin evindən oğurluq etməkdə təqsirləndirilən Nicat Vəliyev və Anar Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Qeyd edək ki, təqsirləndirilənlər Bakıda bir neçə mənzildən oğurluq etməkdə təqsirləndirilirlər. Onların cinayət işi üzrə 13 nəfər zərərçəkmiş tanınıb. Zərərçəkmiş şəxslər arasında "Qarabağ" futbol klubunun və millinin hücumçusu Mahir Emrəlidə var. M.Emrəlinin Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki mənzilindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları ümumilikdə 60 min manatlıq oğurlanıb.