21:57 24-04-2020
news_image
314
FUTBOL

Futbolçular oyunu maska ilə keçirəcək - Bundesliqada

Almaniya Bundesliqası oyunlarının mayın əvvəllərində bərpa olunması planlaşdırılır.

Apasport.az saytının məlumatına görə, futbolçular koronavirus pandemiyasından qorunmaq üçün oyunlar zamanı maska taxa bilərlər.

Matçlar zamanı bəzi qaydalar tətbiq olunacaq ki, onlardan biri əllə maskaya toxunmamaqdır. Hər 15 dəqiqədən bir oyunlar dayandırılmalı, maskalar dəyişdirilməlidir.

Üstəlik, həmin maskalar sürüşmə fəndinə qarşı xüsusi olaraq istehsal olunacaq. Fasilələr zamanı futbolçular 1,5 metrlik məsafəyə riayət etməlidirlər. Hakimlər oyunçuları lazımsız təmasa görə cəzalandırmaq hüququna sahib olacaqlar. Vurulan qolların birgə qeyd olunmasına və mübahisələrə yol verilməyəcək.

Qeyd edək ki, Almaniya Bundesliqası XXV turdan sonra təxirə salınıb. Plana əsasən, çempionat mayın 9-da bərpa olunmalıdır.