22:54 24-04-2020
news_image
106
FUTBOL

Əməliyyat olundu - Koutinyo

"Bavariya"nın yarımmüdafiəçisi Filipp Koutinyo əməliyyat olunub.

Apasport.az saytının məlumatına görə, bunu Münhen klubu rəsmi saytı vasitəsilə bildirib.

Müqavilə ilə "Barselona"ya məxsus olan və hazırda icarə əsasında Almaniya klubunun formasını geyinən Braziliya millisinin üzvü sağ ayaq topuğundan uğurlu əməliyyat keçirib. 27 yaşlı hücumameyilli oyunçunun 2 həftə sonra bərpa prosesinə başlayacağı bildirilib.

Qeyd edək ki, Filipp Koutinyo mövsümün sonunda "Barselona"ya qayıdacaq.