00:04 25-04-2020
news_image
209
FUTBOL

Futbolçuların bazaya dönəcəyi tarix müəyyənləşdi - Liqa1-də

Fransa Liqa1-də mübarizə aparan klubların futbolçuları mayın 11-də komandalarının düşərgəsinə qayıtmalıdır.

Apasport.az saytının məlumatına görə, çempionatı iyunun ortalarında bərpa etməyi planlaşdıran Peşəkar Futbol Liqası (LFP) bir sıra tədbirlər planı hazırlayıb.

Mayın 11-dən başlayaraq klubların bazasına qayıdacaq oyunçular tam tibbi müayinədən keçəcək, koronovirus testi verəcək. Bundan sonra da futbolçular gündəlik tibbi nəzarətdə olacaq.

Mayda təşkilatçılar arasında toplantı baş tutacaq. Tədbirdə mövsümün bərpası yolları müzakirə olunacaq. Mayın ortalarında isə LFP-nin Baş Assambleyası keçiriləcək.