00:29 25-04-2020
news_image
83
FUTBOL

La Liqanı gözləyən ziyanın məbləği müəyyənləşdi

İspaniya La Liqasının üzləşə biləcəyi ziyanın məbləği müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu La Liqanın prezidenti Xavyer Tebas açıqlayıb.

O bildirib ki, koronavirus pandemiyası üzündən dayandırılan mövsüm böyük ziyanla başa çata bilər: “Mövsümü bərpa etməsək, bu rəqəm bir milyard avro təşkil edəcək. Əgər qarşılaşmalar azarkeşsiz keçirilsə, ziyanın ümumi məbləği 300 milyon olacaq”.