00:42 25-04-2020
news_image
230
FUTBOL

PSJ-nin istədiyi 2 futbolçu

Mövsümün sonunda heyətinə əl gəzdirəcək PSJ transfer siyahısını müəyyənləşdirməyə başlayıb.

Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisinin maraq dairəsində olan iki futbolçu adı bəllidir.

Cinah müdafiəçisi Layven Kurzavanı yola salacaq fransızlar onun boşluğunu "Real"lı Serxio Requlyonla doldurmağı planlaşdırır. Cari mövsümü icarə əsasında "Sevilya"da keçirən 24 yaşlı oyunçu üçün PSJ "Real"la danışıqlara başlayıb.

Həmçinin "Roma"nın yarımmüdafiəçisi Lorenzo Pelleqrini də mövsümün sonunda Fransaya köçə bilər. Klubların 23 yaşlı oyunçunun keçidi üçün 30 milyon avroda ortaq məxrəcə gəlmələri gözlənilir.