11:34 25-04-2020
news_image
118
FUTBOL

“Çelsi” fikrindən döndü – qapıçı satılmır

İngiltərənin “Çelsi” klubu futbolçusu Kepa Arrisabalaqa ilə bağlı fikrini dəyişib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi 25 yaşlı qapıçını heyətində saxlamağa qərar verib.

Baş məşqçi Frenk Lempardın tam razı qalmadığı qolkiperin satılması planlaşdırılırdı. Lakin koronavirus pandemiyası üzündən ispaniyalı legionerin qiymətinin düşməsi London klubunu fikrindən daşındırıb.

Üstəlik, “Çelsi” rəhbərliyi İtaliya “Milan”ının qapıçısı Canluici Donnarummanı transfer etmək istəyini təxirə salıb. Bu da Kepanın klubda qalması ilə bağlıdır.