11:56 25-04-2020
news_image
101
FUTBOL

Koronavirusun yayılma səbəbi futbol oyunu olub?

"Liverpul" - "Atletiko" oyunu bütün şəhər üçün böyük təhlükə mənbəyi ola bilər. Geri dönə bilsəydik, matçın azarkeşsiz keçirilməsi üçün əlimdən gələni edərdim".

Apasport.az saytının məlumatına görə, bunun Liverpulun bələdiyyə sədri Stiv Roterham deyib.

Maraqlı açıqlama ilə diqqət mərkəzinə düşən Roterham martın 11-də Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən "Liverpul" - "Atletiko" oyununun şəhərdə koronavirusun yayılmasına səbəb olduğunu düşünür: "Həmin oyun üçün Madriddən Liverpula 3000 ispan gəlmişdi. Əgər şəhərdə koronavirusun yayılma səbəbinin həmin görüş olduğunu təsdiqləsək, bu, biabırçılıq olar. O qarşılaşma bütün şəhəri təhlükə altına atdı. Araşdırmalara başlamışıq. "Liverpul" - "Atletiko" oyununa gedib 15 gün sonra koronavirus xəstəliyi aşkarlanan 1200 nəfər var. "Atletiko" azarkeşləri olan tribunadakı təhlükəsizlik işçilərini də yoxlayırıq. Həmin vaxt hökumət riskin az olduğunu açıqladı, amma bir neçə gün sonra bütün ölkə bağlatdırıldı. UEFA və İngiltərə hökumətinin belə bir qərar qəbul etməsini anlaya bilmirəm".

Qeyd edək ki, "Atletiko"ya Madriddə 0:1, Liverpulda isə 2:3 hesabı ilə məğlub olan "Liverpul" 1/8 final mərhələsindən Çempionlar Liqası ilə vidalaşıb.