12:58 25-04-2020
news_image
123
FUTBOL

A seriyası klubları məhkəməyə gedir

İtaliya A seriyası ilə bağlı problem yaranıb.

Apasport.az saytının məlumatına görə, çempionatın yayım hüququna malik olan telekanallar öhdəliklərini yerinə yetirməyiblər.

Söhbət SKY, DAZN və IMG-dən gedir. Koronavirus pandemiyasının yayılması səbəbindən heç bir oyun keçirilmir ki, yayım şirkətləri də bu üzdən ödəniş etmirlər. A seriyası təmsilçiləri isə SKY, DAZN və IMG-i məhkəməyə vermək qərarına gəliblər.

Qeyd edək ki, İtaliya A seriyası XXVI turdan sonra dayandırılıb.