13:27 25-04-2020
news_image
215
FUTBOL

Debüt etmədən ayrılır - "Barselona"dan

"Barselona" müdafiəçisi Emersonu mövsümün sonunda sata bilər.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu hazırda icarə əsasında "Betis"də çıxış edən braziliyalı futbolçunun satışından gəlir əldə etmək istəyir.

La Liqanın liderinin ötən yayda "Atletiko Mineyro"dan transfer edib, debüt etmədən "Betis"ə icarəyə verdiyi 21 yaşlı oyunçu üçün 20 milyon avroluq təklif gəlsə, müsbət cavablandırılacaq. Sağ cinah müdafiəçisi bu mövsüm La Liqada 23 oyunda 3 qola imza atıb.

Qeyd edək ki, Emersonun "Barselona" ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.