14:18 25-04-2020
news_image
213
FUTBOL

Heç kimə lazım deyil - Aleksis Sançes

"İnter"in hücumçusu Aleksis Sançes komandanı tərk edəcək.

Apasport.az saytının məlumatına görə, "neradzurra" onu birdəfəlik transfer etməyə hazırlaşmır.

Milanlılar "Mançester Yunayted"dən mövsümün sonuna qədər icarəyə götürdükləri Çili millisinin üzvünü geri qaytaracaq. Həmçinin "Maçester Yunayted" də 32 yaşlı forvardı komandada saxlamaq fikrində deyil. Bu üzdən Sançes mövsümün sonunda başqa kluba ya satılacaq, ya da icarəyə veriləcək.

Qeyd edək ki, Aleksis Sançesin "Mançester Yunayted"lə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.