14:25 25-04-2020
news_image
181
FUTBOL

Ronaldo “Yuventus”dan getmir – müqaviləsi bitənədək

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo 2022-ci ilin yayına qədər İtaliya “Yuventus”unda çıxış etmək niyyətindədir.

Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, 35 yaşlı hücumçu müqaviləsinin sonuna qədər Turin təmsilçisində qalmağı planlaşdırır.

Bildirilir ki, Ronaldonu Fransanın PSJ klubu transfer etmək istəyir. Lakin portuqaliyalı İtaliyanı tərk etmək fikrindən uzaqdır.

Qeyd edək ki, 2018-ci ilin yayında “Yuventus”a keçən forvard cari mövsümdə 25 qol vurub.