15:12 25-04-2020
news_image
162
FUTBOL

Koutinyoya vaxt qoyuldu - 6 həftə

"Bavariya"nın yarımmüdafiəçisi Filipp Koutinyonun sıraya dönəcəyi tarix müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü ay yarım məşqlərdən uzaq qalacaq.

Sağ ayaq topuğundan əməliyyat olunan 27 yaşlı "sambaçı" iki həftə sonra bərpa prosesinə başlayacaq. Həkimlər onun 6 həftədən sonra kollektiv məşqlərə qoşula biləcəyini açıqlayıb.

Qeyd edək ki, "Bavariya"da icarə əsasında çıxış edən Koutinyo mövsümün sonunda müqavilə ilə məxsus olduğu "Barselona"ya qayıdacaq.