22:16 25-04-2020
news_image
140
FUTBOL

“Liverpul”dan 3 illik müqavilə təklifi

İngiltərənin “Liverpul” klubu heyətini yeni hücumçu ilə gücləndirməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi belçikalı Dris Mertensin transferində maraqlıdır.

Mersisaydlıların İtaliya “Napoli”sinin forvardına elçi düşməsi səbəbsiz deyil. Divok Oriqi və Cerdan Şakirinin satılacağı gözlənildiyindən “Liverpul” həm mərkəz, həm cinahda çıxış etməyi bacaran ön xətt oyunçu axtarır. İngiltərəlilər belçikalıya 3 illik müqavilə təklif edəcək.

Mertensin “Napoli” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Bu da “Liverpul”a onu azad agent kimi sıralarına qatmaq imkanı verir.

Qeyd edək ki, Drislə İtaliya təmsilçiləri “İnter”, “Yuventus”, “Roma”, həmçinin İngiltərə klubları “Çelsi” və “Nyukasl” da maraqlanır.