22:23 25-04-2020
news_image
146
FUTBOL

Yeni müştəri - Poqbaya

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbaya daha bir müştəri çıxıb.

Apasport.az saytının məlumatına görə, bu dəfə PSJ Fransa millisinin üzvünü heyətinə cəlb etmək niyyətinə düşüb.

Paris klubu bununla bağlı ilk müraciətini ünvanlayıb. PSJ rəhbərliyi qarşı tərəfə Poqbanın keçidi müqabilində yarımmüdafiəçilər Anxel Di Mariya və Yulian Draksleri təklif edib. Çempionlar Liqasını qazanmağı hədəfləyən fransızlar bu baxımdan 27 yaşlı orta sahə oyunçusunun kömək olacağını düşünür.

Qeyd edək ki, Poqba zədə və müxtəlif səbəblərdən bu mövsüm "Mançester Yunayted"in heyətində cəmi 8 oyunda iştirak edib.