22:39 25-04-2020
news_image
166
FUTBOL

Çempionatın bərpa tarixi açıqlandı - Polşada

Polşa hökuməti futbol çempionatının bərpa tarixini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, bunu ölkənin baş naziri Mateuş Moravetski açıqlayıb.

Yüksək liqada dayandırılan mövsümün koronavirus pandemiyası ilə bağlı fasilədən sonra ilk oyununun mayın 29-da keçirilməsi planlaşdırılır. Bərpadan sonrakı ilk tur ayın 29-31-də baş tutmalıdır.

Mövsümün davamına hazırlıq mərhələlər üzrə gerçəkləşəcək. Mayın 4-də intensiv fərdi məşqlər, 10-da komanda çalışmaları start götürəcək.