23:42 25-04-2020
news_image
218
FUTBOL

Premyer Liqanın bərpa olunacağı yeni tarix açıqlandı

İngiltərə Premyer Liqasının koronavirus pandemiyası ilə bağlı yaranan fasilədən sonrakı bərpa tarixi müəyyənləşib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, çempionatın oynanılmayan hissəsi iyunun 8-də başlayacaq.

Bildirilir ki, bütün görüşlər azarkeşsiz keçiriləcək. Hər matçda maksimum 400 nəfər iştirak edəcək. Bunlar klub, federasiya, liqa və media nümayəndələri olacaq. Oyunlar başlamazdan isə klublar futbolçularını koronavirus testindən keçirəcək.

Mövsüm iyulun 27-də başa çatdırılacaq. Yeni mövsümün startı isə avqustun 22-nə planlaşdırılır.

Qeyd edək ki, Premyer Liqada mövsümün bitməsi üçün 92 oyun keçirilməlidir.