12:02 26-04-2020
news_image
248
FUTBOL

İkisi qalır, ikisi gedir - "Qalatasaray"da

Koronavirus pandemiyası səbəbindən maliyyə cəhətdən problem yaşayan "Qalatasaray" gələn mövsümün heyətini formalaşdırmağa başlayıb.

Apasport.az saytının məlumatına görə, İstanbul klubunda daha bir neçə futbolçunun taleyinə aydınlıq gəlib.

Super Liqa təmsilçisi müvafiq olaraq "Sauthempton" və "Monako"dan icarəyə götürülən yarımmüdafiəçilər Mario Lemina ilə Henri Onyekuru ilə bağlı fikrini dəyişib. İki ay əvvəl onları mövsümün sonunda birdəfəlik transfer etməyi planlaşdırn "sarı-qırmızılılar" indi yalnız yenidən icarəyə götürmək variantına üstünlük verəcək. Baş məşqçi Fatih Terim nəyin bahasına olursa-olsun, onların qalmasını tələb edib.

Orta sahə oyunçusu Jan Mişel Seri və hücumçusu Florin Andone isə "Qalatasaray"ı tərk edəcək. İllik gəliri 4 milyon avrodan çox olan Seri müqavilə ilə məxsus olduğu "Fulhem"ə, maaşı 2,8 milyon avro olan Andone isə "Brayton"a dönəcək. Türklər onların boşluğunu yerli oyunçularla dolduracaq.

Qeyd edək ki, "Qalatasaray" müqavilə müddəti mövsümün sonuna qədər olan yüksək məvacibli bir neçə əcəbi oyunçusu ilə də vidalaşmağı planlaşdırır.