13:03 26-04-2020
news_image
1284
FUTBOL

"Maradonanı final oyunu başlamamış qovmalı idim"

1990-cı ildə dünya çempionatının Qərbi Almaniya ilə Argentina arasında keçirilən final oyununu idarə edən Edqardo Kodesal maraqlı açıqlama ilə diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, uruqvaylı sabiq referi Argentina yığmasının kapitanı Dieqo Maradonanın həlledici qarşılaşmada kobud hərəkətlərə yol verdiyin açıqlayıb.

Kodesal hətta oyunda Maradonanı meydandan qovmadığı üçün sonradan özünü qınadığını da etiraf edib: "Final oyununda Maradona çox aqressiv görünürdü. 65-ci dəqiqədə Monzona qırmızı vərəqə göstərəndə üstümə qışqıraraq "FİFA oğrudur" dedi. Onu da həmin vaxt qovmalı idim. Maradona indiyə qədər tanıdığım ən pis insandır. Əslində qaydalara əməl etsəydim, onu oyun başlamamış qovmalı idim. Çünki Argentinanın himni səslənərkən onları fitə basan almaniyalı azarkeşlərə orta barmağını göstərmişdi. Əvəzində onu sakitləşdirməyə çalışdım. Amma etiraf edim ki, Maradona dünyanın ən yaxşı futbolçularından biri idi. Meydanda əsl lider idi və bir futbolçu kimi ona heyranlığım olub".

Qeyd edək ki, DÇ-1990-da Qərbi Almaniya 85-ci dəqiqədə vurduğu yeganə qolla Argentinanı məğlub edərək dünya çempionu olub.