13:41 26-04-2020
news_image
343
FUTBOL

"Qarabağ" "Neftçi"yə rəqib oldu - "Sumqayıt"lı üçün

"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksey İsayev, çox güman ki, gələn mövsümü başqa klubda keçirəcək.

Apasport.az saytının məlumatına görə, onunla maraqlanan komandaların sayının artması "gənclik şəhəri" təmsilçisində qalma şansını azaldır.

Uzun müddətdir "Neftçi"nin gündəmindən düşməyən 25 yaşlı orta sahə oyunçusu uğrunda indi də "Qarabağ" mübarizəyə qoşulub. Riçard Almeydanın gedişindən sonra oyun qurucusu baxımından problem yaşayan Ağdam təmsilçisi üçün İsayev alternativ variantlardan biridir. Milli üzvünün "Sumqayıt"dakı performansı, xüsusən də, geridən hücum qurma potensialı və dəqiq ötürmə faizinin yüksək olması baş məşqçi Qurban Qurbanovun diqqətini çəkir.

"Neftçi" isə onu mövsümün sonunda ayrılması istisna olunmayan Soni Mustivarın yerinə heyətə qatmaq fikrindədir. Həmçinin "Sumqayıt" da aparıcı oyunçusunu saxlamaq niyyətindədir. Lakin İsayev üçün qalmaq son ehtimal kimi görünür. Çünki futbolçu özü də daha iddialı kluba keçmək arzusundadır.

Qeyd edək ki, Aleksey İsayevin "Sumqayıt"la müqavilə müddəti mövsümün sonuna qədərdir.