14:25 26-04-2020
news_image
126
FUTBOL

İbahimoviçə əvəzləyici tapdı - "Milan"

"Milan" hücumçusu Zlatan İbrahimoviçə əvəzləyici axtarışına çıxıb.

Apasport.az saytının məlumatına görə, mövsümün sonunda isveçli forvarda yeni müqavilə təklif etməyəcək "rossonyerlər" ön xəttə yeni oyunçu transfer etmək niyyətindədir.

A seriyası təmsilçisi hücumdakı boşluğu "Real"lı Luka Yoviçlə doldura bilər. "Milan" 22 yaşlı forvard üçün "kral klubu" ilə danışıqlara başlayıb. Madrid klubunda əsas heyət üzünə həsrət olan Serbiya millisinin üzvü özü də oynamaq istədiyi kluba keçməyin əleyhinə deyil.

Qeyd edək ki, "Milan" Yoviçlə mövsümün əvvəlində də maraqlanıb. Lakin futbolçu həmin vaxt "Ayntraxt"dan "Real"a keçməyi üstün tutub.