15:04 26-04-2020
news_image
146
FUTBOL

Premyer Liqadan təklif - Mbappeyə

PSJ-nin hücumçusu Kilian Mbappe daha bir klubun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, "Real"dan sonra indi də "Liverpul" gənc forvardı transfer etmək fikrinə düşüb.

Premyer Liqada çempionluğa yaxın olan "qırmızılar" Fransa millisinin üzvünü mövsümün sonunda almaq niyyətindədir. Hətta baş məşqçi Yurgen Klopp 22 yaşlı oyunçunun atası ilə əlaqə saxlayaraq, istəklərini ona çatdırıb. Ancaq Fransa klubu hücumçunu satmaq istəmir.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.