18:34 26-04-2020
news_image
88
FUTBOL

“Barselona”nın icarədə olan futbolçusu İtaliya yolunda

İspaniyanın “Barselona” klubunun futbolçusu Xuan Miranda karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, ispan müdafiəçi “Sampdoriya”nın maraq dairəsinə düşüb.

Genuya təmsilçisinə keçid daha çox oyun praktikası qazanmaq arzusunda olan 20 yaşlı müdafiəçi üçün də münasib variantdır. 2023-cü ilin yayına qədər “Barselona”ya məxsus olan müdafiəçi hazırda Almaniya “Şalke”sində icarədə olsa da, bu komandada da nadir hallarda şans qazanır.

Qeyd edək ki, Miranda Bundesliqa klubunda cəmi 4 oyun keçirib.