21:53 26-04-2020
news_image
206
FUTBOL

Kuarejmanın son arzusu

"Kasımpaşa"nın yarımmüdafiəçisi Rikardo Kuarejma futboldan getməyə tələsmir.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı futbolçu karyerasını ölkəsi Portuqaliyada bitirmək niyyətindədir.

Milli komandanın üzvü sabiq klubu "Portu"nun formasını son dəfə geyinmək arzusunu gizlətməyib: "Kasımpaşa" ilə müqavilə müddətim mövsümün sonuna qədərdir. "Portu"ya olan sevgimi izah etmək çətindir. Ancaq bu komandaya keçidim həyatımın ən doğru qərarı olub. Yenidən "Portu"nun formasını geyinsəm, xoşbəxt olaram".

Qeyd edək ki, Rikardo Kuarejma 2004-2008 və 2014-2015-ci illərdə "Portu"nun heyətində çıxış edib.