23:29 26-04-2020
news_image
114
FUTBOL

“Bu, bir yuxuya bənzəyir” – De Xea

İspaniya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu David De Xeanın gələcək karyerasına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, bunu təcrübəli qapıçının özü açıqlayıb.

O bildirib ki, hələ uzun müddət Mançester təmsilçisində çıxış etmək niyyətindədir: “Mançester Yunayted”in bir parçası olmaq mənim üçün şərəf, möhtəşəm bir hissdir. İnanmaq çətindir ki, artıq 10 ildir bu klubdayam. Bu, bir yuxuya bənzəyir. “Mançester Yunayted”də oynadığıma şadam. Hələ uzun illər burada qalacağıma ümid edirəm”.

Qeyd edək ki, cari mövsüm Premyer Liqada 29 oyuna çıxan De Xea 6 quru matç keçirib.