00:10 27-04-2020
news_image
148
FUTBOL

A seriyasının bərpasına hazırlıq - baş nazir təsdiqlədi

İtaliyada koronavirus pandemiyasına qarşı mübarizənin ikinci mərhələsi başlayır.

Apasport.az saytının məlumatına görə, sərt karantin rejiminin yüngülləşdirilməsi ölkə futboluna da müsbət təsir edəcək.

Çünki mayın 4-dən etibarən futbolçulara fərdi məşq keçmək üçün icazə veriləcək. Hər şey gözlənilən kimi keçsə, gələn ayın 18-dən kollektiv məşqlərə start veriləcək. Ölkədə iyunun 1-dən başlayaraq bir sıra müəssisələrin açılması planlaşdırılır. Həmin tarixdən sonra futbol oyunlarının da azarkeşsiz keçirilməsinə icazə veriləcək. Futbolçular mütəmadi olaraq koronavirus testindən keçiriləcək, yoluxma halında təcrid qərarı veriləcək.

İtaliyanın baş naziri Cüzeppe Konti də məlumatı təsdiqləyib, oyunçuların mayın 4-də klubun bazasında fərdi hazırlıq keçməsinə icazə veriləcəyini söyləyib.

Qeyd edək ki, İtaliya A seriyasında son oyun XXVI tur çərçivəsində martın 9-da keçirilib.