00:47 27-04-2020
news_image
127
FUTBOL

Karyerasını bərpa edir - Aryen Robben

Hollandiya millisinin sabiq futbolçusu Aryen Robben karyerasını bərpa etmək arzusunu dilə gətirib.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı keçmiş vinger koronavirus pandemiyası ilə əlaqədar dayandırılan futbol yarışları bərpa olunduqdan sonra bu barədə düşünəcəyini söyləyib.

"Bavariya", "Real", "Çelsi", PSV kimi klubların formasını geyinmiş Robben futboldan ötrü darıxdığını vurğulayıb: "Karyeramı bitirdikdən bir qədər sonra yenidən qayıtmaq fikrinə düşdüm. Öz-özümə "bəlkə bir az da oynamaq istəyirsən" sualını verdim. Koronavirus hər kəsin həyatını qəribə vəziyyətə saldı. Futbolun bərpasını gözləyirik. Hələ də özümü peşəkar idmançı kimi görürəm. "Bavariya"nın oyunlarını imkan tapdıqca izləyirdim".

Qeyd edək ki, Aryen Robben karyerası ərzində Almaniyada 8, İngiltərədə 2, İspaniya və Hollandiyada 1 dəfə ölkə çempionu olub.