09:27 27-04-2020
news_image
472
FUTBOL

"Xəzər Lənkəran"da çox pul var idi" - ispaniyalı futbolçu

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Alvaro Silva karyerası ərzində oynadığı komandalar barədə fikilərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, "Lavozdigital" nəşrinə danışan 36 yaşlı mərkəz müdafiəçisi karyerasının "Xəzər Lənkəran" dönəmini karyerasının ən çətin anı hesab edib.

Hazırda Tailandın "Pathum Yunayted" klubunda çıxış edən ispaniyalı futbolçu həmin dönəmi belə xatırlayıb: "Lənkəran karyeramda ən çətin yer idi. Bir şəhərdə qalırdım. O vaxt çox pul var idi, Con Toşak baş məşqçi idi və buna dəyərdi. Amma orada yaşamaq çətin idi. Ailəmlə bir il yarım bir oteldə qaldım və infrastrukturu olmayan bir şəhərdə idim".

Qeyd edək ki, 2013-cü ilin yanvarından 2014-cü ilin yayına qədər "Xəzər Lənkəran"ın formasını geyinib.