09:37 27-04-2020
news_image
127
FUTBOL

Azərbaycan oynamış futbolçu rəmzi "11-lik"də - Makedoniyada

Makedoniyanın müstəqillik illərində başqa ölkədə futbolu öyrənib, bu yığmanın formasını geyinmiş oyunçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, son 28 ildə 28 belə oyunçu aşkarlanıb.

Siyahıda adları göstərilən futbolçulardan 2-si vaxtilə Azərbaycanda da çıxış edib. Bunlar sabiq "İnter"li İlço Naumoski və "Zirə"nin formasını geyinmiş Yanu Urdinovdur. Ailəsi vaxtilə Avstriyaya köçdüyündən Naumoski futbolun sirlərini orada öyrənib. Keçmiş hücumçu 2003-2012-ci illərdə "İnter"in şərəfini qoruyub.

Yani Urdinov isə Belçikada anadan olub, ancaq Makedoniyanın bütün yaş qrupu üzrə yığmalarında oynayıb. 2018-ci ilin fevralında icarə əsasında gəldiyi "Zirə"də cəmi 6 ay qalan müdafiəçi 2012-ci ildə əsas millisində 5 oyun keçriib.

Makedoniyalı həmkarlarımız Naumoskini simvolik "11-liy"in "9 nömrəsi" kimi göstəribsə, Urdinov heç "23-lüy"ə düşməyib.