12:49 27-04-2020
news_image
355
FUTBOL

Azərbaycana köçə bilər - Monteneqro millisinin qapıçısı

Monteneqro millisinin qapıçısı Milan Miyatoviçin karyerasını Azərbaycanda davam etdirmək variantı yaranıb.

Apasport.az saytının məlumatına görə, "Levski"nin təcrübəli qolkiper Premyer Liqa klubundan təklif alıb.

33 yaşlı dəri əlcək sahibi qış fasiləsində gələn təklifi Bolqarıstan klubunun rədd etdiyini söyləyib. Lakin "Levski" özü artıq onunla yollarını ayırmağa hazırlaşır. Müqavilə müddəti mövsümün sonuna qədər olan Miyatoviçin sözləşməsini klub daha 1 il uzatmaq hüququna malikdir. Amma sofiyalılar futbolçunun maddi ehtiyaclarını qarşılamaq gücündə deyillər. Məlumatda Azərbaycan variantının hələ də qüvvədə olması yanaşı, qapıçının Qazaxıstan və Kiprdən də təklif aldığı yazılıb.

Qeyd edək ki, Milan Miyatoviç "Levski"yə ötən ilin yayında "Buduçnost"dan keçib.