14:10 27-04-2020
news_image
117
FUTBOL

"Playstation" çempionatı keçirilsə, o, yaxşı yer tutar" - "Keşlə"nin futbolçusu

"Playstation"da güclüyəm. Çox adam məni duelə çağırır, koronavirusla bağlı problem bitsin, hamısı ilə oynayaram".

Bunu apasport.az saytına "Keşlə"nin yarımmüdafiəçisi Vüsal İsgəndərli deyib.

Koronavirus pandemiyası ilə əlaqədar yaranmış fasilə dönəmində İspaniya La Liqa klublarının futbolçuları arasında "playstation"da futbol turniri keçirilib. 25 yaşlı futbolçu analoji yarışın Azərbaycanda da təşkilinin maraqlı ola biləcəyini söyləyib: "Bizim bazada da "playstation" var, hər dəfə oynayırıq. Tərlan Quliyev yaxşı oynayır. Əvvəlki komanda yoldaşım olan Mirsayib Abbasov, Sadiq Quliyev, Tellur Mütəllimov və mən həmişə 2-2-yə oynayırıq. Belədə daha maraqlıdır. Əgər çempionat keçirilsə, Tərlan Quliyev yaxşı yer tutar. "Keşlə"də ən yaxşılardan biri o, biri də mənəm. Bazaya gedən kimi, Tərlanın birinci cümləsi bu olur: "gedək qaqa?".

İsgəndərli "playstation"da ancaq futbol oynadığını və yalnız bir komandanı seçdiyini bildirib: "Mən "Mançester Siti" ilə oynayıram, Tərlan isə "Liverpul"la. Bu komandanı da Azər Salahlıdan götürmüşəm. Azər 2 hücumçu ilə oynayırdı, taktikasını da götürmüşəm".