14:19 27-04-2020
news_image
71
FUTBOL

“Nyukasl”dan Kulibaliyə cəlbedici təklif – ildə 12 milyon avro

İngiltərənin “Nyukasl” klubu səs-küylü transfer gerçəkləşdirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi sahibini dəyişdikdən sonra heyətini Kalidu Kulibali ilə gücləndirmək istəyir.

İtaliya “Napoli”sinin mərkəz müdafiəçisi Səudiyyə Ərəbistanından olan investorların ilk transferi ola bilər. Nyukasllılar 28 yaşlı seneqallıya ildə 12 milyon avro ödəməyə hazırdır.

Onun transferi isə təxminən 80 milyon avroya başa gələcək. Lakin “Mançester Siti”, “Mançester Yunayted” və PSJ kimi nəhənglər də müdafiəçini sıralarında görmək istəyir.

Qeyd edək ki, Kulibali cari mövsümdə 21 oyun keçirib.