14:39 27-04-2020
news_image
73
FUTBOL

"Nə Messi, nə Ronaldo" - Mourinyoya görə ən yaxşı...

"Mənim gördüyüm ən yaxşı futbolçu nə Messi, nə də Kriştianu Ronaldodur".

Apasport.az saytının məlumatına görə, bunu "Tottenhem"in baş məşqçisi Joze Mourinyo deyib.

Lionel Messi və Kriştianu Ronaldo müqayisəsi ilə bağlı verilən sualı cavablandıran portuqaliyalı mütəxəssis vaxtilə "Barselona"da birgə çalışdığı braziliyalı Ronaldonu üstün tutub: "Mən fenomen Ronaldonu deyirəm. Kriştianu və Lionel 15 ildir yüksək səviyyədə futbol oynayırlar. Amma istedaddan danışırıqsa, heç kim Ronaldonu keçə bilməz. Mən "Barselona"da Bobbi Robsonun köməkçisi olanda Ronaldonun gördüyüm ən yaxşı futbolçu olduğunu hiss etdim. Onun karyerasını zədələr öldürdü. Əks təqdirdə inanılmaz yerlərdə olardı".

Qeyd edək ki, 1993-2011-ci illərdə peşəkar futbol oynayan Ronaldo hazırda "Valyadolid" klubunun prezidentidir.