15:06 27-04-2020
news_image
79
FUTBOL

“Çempionluğun taleyinə bir oyunla aydınlıq gəlməsinə razıyam” – “Latsio”nun sahibi

“Çempionluğun taleyinin bir matçda həll olunması təklifi ilə razılaşardım. Amma heç vaxt bu barədə düşünməmişəm”.

Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Latsio” klubunun sahibi Klaudio Lotito deyib.

O bildirib ki, A seriyasının çempionunun adına liderlər “Yuventus”la “Latsio” arasında keçiriləcək bir matçda aydınlıq gəlməsinə razıdır: “Çempionatın bərpası müəyyən mənada bizə sərf etmir. Biz öncədən üç cəbhədə mübarizə aparmaq gücündə olmadığımızı bilirdik. Buna görə Avropa Liqasını qurban verdik. Bununla da digər komandalar həftədə iki oyun keçirdiyi halda, biz bir matça çıxırdıq. Çempionat bərpa olunsa hər komanda həftədə iki dəfə oynayacaq və biz üstünlüyü itirəcəyik. İndi biz “Yuventus”dan bir xal geridəyik. Çempionat və Superkubokda onlara qalib gəlmişik. Lakin hələ bir dəfə də görüşməliyik. Bizdən 8 xal geri qalan “İnter”lə 14 xal qabaqladığımız “Atalanta”ya gəlincə, bu komandaların müzakirələrdə niyə iştirak etdiyini başa düşmürəm”.