15:14 27-04-2020
news_image
148
FUTBOL

Həbsdən çıxan kimi ilk işini açıqladı - Ronaldinyo

"Paraqvaya giriş zamanı sənədlərimizin qanunsuz olduğunu öyrənəndə təəccübləndik. Həmin andan etibarən niyyətimiz məhkəmə və dövlət qurumları ilə işbirliyi görüb vəziyyəti düzəltmək idi".

Apasport.az saytının məlumatına görə, bunu Paraqvayda həbsdə olan əfsanəvi braziliyalı futbolçu Ronaldinyo deyib.

Saxta sənədlə Paraqvaya keçdiyi üçün qardaşı ilə birlikdə yaxalanan və 1 ay həbsxanada qaldıqdan sonra oteldə ev həbsi cəzasını davam etdirən "sambaçı" ilk dəfə mətbuata açıqlama verib. 40 yaşlı sabiq yarımmüdafiəçi yaşananlardan məyusluq keçirdiyini söyləyib: "Həbsə girəcəyimi öyrənəndə üzülmüşdüm. Bu mənə çox təsir etdi. Hadisələrin bura qədər gələcəyini təxmin etmirdim. Bu işlərin bitməsi üçün həmişə dua edirəm. Həyatım boyu peşəkar səviyyədə yaşamağa və ətrafımdakı insanları sevindirməyə çalışdım. Buradan çıxandan sonra görəcəyim ilk iş anamı qucaqlamaq olacaq. Anam Braziliyada koronavirus pandemiyasına görə çətin vəziyyətdə qalıb".

Qeyd edək ki, Ronaldinyo martın 6-da Paraqvayda həbs edilib.