15:58 27-04-2020
news_image
162
FUTBOL

"Bütün dövrlərin ən böyükləri arasındadır" - Essyen haqda

Qana millisinin sabiq futbolçusu Derek Boatenq hazırda "Səbail"in formasını geyinən həmyerlisi Maykl Essyen barədə fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı keçmiş yarımmüdafiəçi vaxtilə çiyin-çiyinə çıxış etdiyi Essyenin ünvanına tərif yağdırıb.

Boatenq "Çelsi" əfsanəsini Afrika futbol tarixinin ən yaxşılarından biri hesab edir: "Essyeni bütün dövrlərin ən böyük Afrika futbolçuları arasında qiymətləndirərdim. Afrikanın simvolik "11-liy"ini desək, Maykl mütləq orda yer alacaq. O, əla futbolçudur. Qana üçün çox işlər görüb. Çox yaxşı insandır və ona görə sevinirəm. Essyenə böyük hörmətim var, onunla dost olaraq qalırıq".

Qeyd edək ki, 2001-2013-cü Qana millisinin formasını geyinmiş Derek Boatenq 2017-ci ildə karyerasını başa vurub.