16:53 27-04-2020
news_image
183
FUTBOL

2 milyon avro maaşa razılaşıbmış - Eusebio Di Françesko

Azərbaycan millisinin baş məşqçisi postuna namizəd olan Eusebio Di Françeskonun Moskva "Lokomotiv"inə keçidi baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, mövsümün sonunda Yuri Syominlə yollarını ayıracaq Rusiya klubu Marko Nikoliçlə anlaşıb.

Halbuki Di Françesko ilə danışıqlar müsbət məcrada keçib. Tərəflər illik 2 milyon avro maaşa ortaq məxrəcə gəliblər. Lakin "Lokomotiv" rəhbərliyi son anda fikrini dəyişərək, Nikoliçlə razılıq əldə edib.

Qeyd edək ki, Eusebio Di Françesko məşqçilik karyerası ərzində "Peskara", "Leççe", "Sassuolo", "Roma" və "Sampdoriya"da çalışıb.