18:02 27-04-2020
news_image
240
FUTBOL

"Barselona" ondan imtina etdi

Bir neçə klubun maraq dairəsində olan "Breşiya"nın yarımmüdafiəçisi Sandro Tonali "Barselona"ya keçməyəcək.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu 19 yaşlı futbolçu uğrunda mübarizədə geri çəkilib.

Buna səbəb italyanların tələbidir. "Breşiya" bu keçid müqabilində 60 milyon avro tələb edir ki, La Liqa təmsilçisi bu məbləği yüksək hesab edir. Bu üzdən "Barsa" Tonalinin transferindən imtina edib.

Qeyd edək ki, ötən ildən İtaliya millisinə çağırılan Sandro Tonali artıq 3 ildir "Breşiya"nın əsas komandasında çıxış edir.