23:19 27-04-2020
news_image
154
FUTBOL

Almaniyadan yarımmüdafiəçi alır - “Çelsi”

Heyətini gücləndirmək məqsədilə transfer çalışmalarını davam etdirən İngiltərənin “Çelsi” klubunun maraq dairəsində olan daha bir futbolçu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Almaniyanın “Bayer” klubunun yarımmüdafəçisi Kay Havertsi heyətinə qatmaq istəyir.
 
Düzdür, londonlular yarımmüdafiə xəttini İspaniya “Barselona”sının braziliyalı oyunçusu Filippe Koutinyo ilə gücləndirmək niyyətindən də imtina etməyib. Lakin bu keçidin baş tutmasının çətin, həm də baha başa gələcəyini yaxşı dərk edən “Çelsi” rəhbərliyi 20 yaşlı almaniyalının transferinə köklənib. İngiltərə təmsilçisinin skautlarının daim diqqətdə saxladığı Havertsin artıq bu yay London klubuna keçəcəyi gözlənilir.

Qeyd edək ki, Kay cari mövsüm Bundesliqada keçirdiyi 22 oyunda 6 qol və 5 məhsuldar ötürməyə imza atıb.