00:24 28-04-2020
news_image
299
FUTBOL

Növbəti klubunun adını açıqladı - Ederson

"Mançester Siti"nin qapıçısı Ederson karyerasını davam etdirmək istədiyi klubun adını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü sabiq komandası "Benfika"ya qayıtmaq arzusundadır.

27 yaşlı dəri əlcək sahibi növbəti müqaviləsini məhz Portuqaliya klubu ilə bağlamaq niyyətində olduğunu gizlətməyib: "Yaxşı oğul həmişə evə qayıdar. Mən də "Benfika"ya dönmək istəyirəm. Ancaq bunu karyeramın sonlarında etmək istəmirəm, çünki həmin vaxt oyun səviyyəm indiki kimi olmayacaq".

Qeyd edək ki, Ederson iki il "Benfika"nın formasını geyindikdən sonra 2017-ci ildə "Mançester Siti"yə keçib.