09:36 28-04-2020
news_image
210
FUTBOL

Premyer Liqa klubu ilə danışıqlar aparır - “Real”ın futbolçusu

İngiltərənin “Everton” klubu İspaniya “Real”ının futbolçusu Hames Rodrigesi transfer etmək istəyir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi kolumbiyalı futbolçu ilə danışıqlara start verib.

La Liqa təmsilçisində heyətə düşməkdə çətinlik çəkən 28 yaşlı cənubi amerikalı da klubdan ayrılmağın əleyhinə deyil. O, yenidən Karlo Ançelottinin rəhbərliyi altında oynamağa da hazırdır.

Qeyd edək ki, kolumbiyalı cari mövsüm “Real”da keçirdiyi 13 oyunda 1 qol vurub.