10:57 03-07-2008
news_image
447
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov Dortmund superturnirində qələbə qazana bilmir

Bakı Aqşin Əliyev - APA-Sport. Almaniyanın Dortmund şəhərində təşkil olunan şahmat üzrə sayca 36-cı superturnirdə 4-cü turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanın şərəfini qoruyan Şəhriyar Məmmədyarov ardıcıl dördüncü heç-heçəsini rəsmiləşdirib. O, qara fiqurlarla almaniyalı Arkadi Naydiçlə görüşdə yarım xalla kifayətlənib. Hesabat turunda yeganə qələbəni Rusiya təmsilçisi Yan Nepomnyaşi hollandiyalı Luk van Veli üzərində qazanıb. Vladimir Kramnik (Rusiya) - Peter Leko (Macarıstan) və Yan Qustafsson (Almaniya) - Vasili İvançuk (Ukrayna) qarşılaşmalarında isə bərabərlik qeydə alınıb. Hazırda Ş.Məmmədyarov A.Naydiç və V.Kramniklə birgə 2 xalla 4-6-cı yerləri bölüşdürür. Bu gün superturnir iştirakçıları istirahət edirlər. Sabah 23 yaşlı beynəlxalq qrossmeysterimiz ağ fiqurlarla sabiq dünya çempionu Vladimir Kramnikə qarşı oynayacaq. Ümumilikdə, 7 turdan ibarət yarış iyulun 6-da yekunlaşacaq.