11:32 28-04-2020
news_image
76
FUTBOL

“Yuventus” danışıqlara başlayır - “Barselona” icazə verdi

İspaniyanın “Barselona” klubunun futbolçusu Artur bu yay komandanı tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi İtaliya “Yuventus”una 23 yaşlı yarımmüdafiəçi ilə danışıqlar aparmağa icazə verib.

Turin klubu transferlər bağlı cəlbedici təklif hazırlayır. Futbolçunun özünə isə o qədər də yüksək maaş ödəmək lazım gəlməyəcək.

Hərçənd Artur “Barselona” ilə müqaviləni maaşın artırılmaması üzündən uzatmaqdan imtina edib. Müqaviləsi 2024-cü ilədək olan braziliyalının Mateys De Liqt və ya Miralem Pyaniçin Kataloniya klubuna mümkün keçidi zamanı əks istiqamətdə gedəcəyi gözlənilirdi.

Qeyd edək ki, Artur cari mövsümdə 16 oyunda 3 qol vurub.