12:19 28-04-2020
news_image
138
FUTBOL

Üç illik müqavilə təklifi - Kyezaya

İtaliyanın “Fiorentina” klubu futbolçusu Federiko Kyezanı heyətində saxlamaqda israrlıdır.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi nəhəng klubların transfer etmək istədiyi yarımmüdafiəçini buraxmaq niyyətində deyil.

Buna görə də florensiyalılar İngiltərədən “Mançester Yunayted” və “Çelsi”, İtaliyadan isə “Yuventus”la “İnter”in elçi düşdüyü 22 yaşlı futbolçuya yeni müqavilə təklif edib. Kyeza 3 illik müqaviləni imzalamağa razılaşsa, ildə 4,5 milyon avro qazanacaq. 

Qeyd edək ki, Federikonun indiki müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.