13:09 28-04-2020
news_image
92
FUTBOL

Gənclər Liqasını bərpa edir - AFFA

Koronavirus pandemiyası üzündən dayandırılan 19 yaşadək futbolçular arasında keçirilən Gənclər Liqası bərpa oluna bilər.

Apasport.az saytının məlumatına görə, yarışın təşkilatçısı olan AFFA turnirlə bağlı məlumat yayıb.

Bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, AFFA müxtəlif yaş qruplarından ibarət komandalar arasında keçirilən liqalarda oyunları qeyri-müəyyən vaxta qədər təxirə salıb. Aprelin 27-dən etibarən xüsusi karantin rejiminin müəyyən qədər yumşaldılması barədə qərar qəbul olunub.

Bunun mayın 4-də saat 00:00-da başa çatacağı təqdirdə, AFFA-nın təşkilatçılığı ilə keçirilən Gənclər Liqasında oyunların azarkeşsiz olmaq şərtilə mayın 20-də bərpa olunması nəzərdə tutulur. Bu məsələ AFFA və müvafiq liqada mübarizə aparan klubların nümayəndələri ilə mütəmadi qaydada müzakirə olunur.

Qeyd edək ki, xüsusi karantin rejimi ilə bağlı mövcud vəziyyət hər hansı şəkildə dəyişəcəyi təqdirdə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi qərarlara uyğun olaraq AFFA tərəfindən Gənclər Liqası barədə müvafiq qərarlar qəbul oluna bilər.