15:34 28-04-2020
news_image
248
FUTBOL

XXI əsrin ən yaxşı futbolçuları açıqlandı

XXI əsrin ən yaxşı futbolçuları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ən yaxşılar ELO sistemi ilə müəyyənləşib.

Hesablamalarda futbolçularım oyuna təsiri qollar, məhsuldar ötürmələr, həmçinin rəqiblərin və turnirlərin səviyyəsi nəzərə alınıb. İspaniya “Barselona”sının argentinalı futbolçusu Lionel Messi və İtaliya “Yuvenus”unun portuqaliyalı oyunçusu Kriştianu Ronaldo eyni xala malik olub. Amma Messi əlavə göstəricilərdə birinci yeri tutub. İlk “üçlüy”ü Fransa yığmasının sabiq üzvü Tyerri Anri qapayıb.

XXI əsrin 10 ən yaxşı futbolçusu
1. Lionel Messi – 100
2. Kriştianu Ronaldo – 100
3. Tyerri Anri – 98
4. Luis Suares – 97
5. Zlatan İbrahimoviç – 97
6. Harri Keyn – 97
7. Məhəmməd Salah – 97
8. Neymar – 96
9. Robert Levandovski – 96
10. Radamel Falkao - 95