18:40 28-04-2020
news_image
289
FUTBOL

Fransada futbol sentyabra qədər ləğv olundu – YENİLƏNİB

Koronavirus pandemiyası ilə əlaqədar dayandırılan Fransa çempionatının 2019/20 mövsümü ləğv edilib.

Apasport.az saytının məlumatına görə, bu barədə Fransanın baş naziri Eduard Filipp bildirib.

Onun sözlərinə görə, Liqa1 və Liqa2-də cari mövsüm keçirilə bilməz və ən azı sentyabra qədər 5000 nəfərdən çox insanın qatıldığı idman yarışları baş tutmayacaq.

Liqanın idarəetmə orqanı mayda iclas keçirərək mövsümün necə bitəcəyinə, avrokuboklara kimlərin vəsiqə qazanacağına, elitanı kimlərin tərk edib, kimlərin yüksələcəyinə qərar verəcək. 

***

17:56

Koronavirus pandemiyası üzündən dayandırılan Fransa çempionatının 2019/20  mövsümü davam etdirilməyəcək.

Apasport.az saytının məlumatına görə, bu barədə xəbəri “Ekip” nəşri yayıb.

Bildirilir ki, liqalarda mübarizənin davam etdirilməməsi bu gün elan olunacaq. Baş nazir Eduard Filipp futbol yarışlarının yarımçıq başa çatdırılacağını açıqlayacaq.

Futbol oyunlarının keçirilməsi isə avqusta gerçəkləşəcək. Həmin vaxt yeni – 2020/21 mövsümü start götürəcək.