00:07 29-04-2020
news_image
142
FUTBOL

Peşəkar Futbol Liqası 3 yol ayrıcında

Fransa Liqa1-də 2019/20 mövsümünün yekun sıralaması aprelin 30-da bəlli olacaq.

Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası (LFP) koronavirus pandemiyası üzündən yarımçıq başa çatdırılan yarışın hansı kriteriyalarla yekunlaşacağına qərar verəcək.

Hazırda LFP üç variant üzərində seçim edir.

Birinci variantda müxtəlif sayda oyun keçirən komandalar orta xal hesabı ilə turnir cədvəlində yer alacaq. Belə olan halda PSJ, “Marsel” və “Renn” Çempionlar Liqasında, “Lill”, “Reyms” və “Nitsa” Avropa Liqasında oynayacaq. “Nim” Liqa1-də qalmaq üçün pley-offa, “Amyen”lə “Tuluza” aşağı dəstəyə yollanacaq.

İkinci variantda oyunları tam keçirilməyən XXVIII turun nəticələri ləğv edilməklə indiki turnir cədvəli nəzərə alınacaq. PSJ, “Marsel” və “Renn” Çempionlar Liqasında, “Lill”, “Lion” və “Monpelye” Avropa Liqasında oynayacaq. “Nim” Liqa1-də qalmaq üçün pley-offa, “Amyen”lə “Tuluza” aşağı dəstəyə yollanacaq.

Üçüncü variant isə Liqa1-in tam oynanılan 1-ci dövrəsinin nəticələrinin yekun kimi qəbul olunmasıdır. İlk 19 turun nəticələrinə əsasən PSJ, “Marsel” və “Renn” Çempionlar Liqasında, “Lill”, “Reyms” və “Nant” Avropa Liqasında oynayacaq. “Amyen” Liqa1-də qalmaq üçün pley-offa, “Nim”lə “Tuluza” aşağı dəstəyə yollanacaq.