00:19 29-04-2020
news_image
167
FUTBOL

Koronavirusa yoluxma olsa, Bundesliqa...

Almaniya Bundesliqasının mövsümü bərpa edən ilk çempionatın olması gözlənilir.

Apasport.az saytının məlumatına görə, bununla bağlı hətta xüsusi protokol da tərtib edilib.

Verilən qərara əsasən, futbolçulardan hər hansı biri koronavirus infeksiyasına yoluxsa belə, yarış dayandırılmayacaq. Yalnız həmin oyunçu təcrid olunacaq, iki həftə müddətinə karantində qalacaq. Futbolçuların müntəzəm yoxlanılması üçün 20 minə yaxın test hazırlanıb.

Qeyd edək ki, Almaniya Bundesliqasının mayın ilk yarısında bərpası planlaşdırılır. Çempionat XXV turdan sonra dayandırılıb.